PERSONALIN İDARƏEDİLMƏSİ - TƏCHİZAT

Tikinti sənayesi – insan resurslarının qabaqcıl üsullarının tətbiqi baxımından ən qeyri-şəffaf olanıdır. “Holdinq tikintisi”nə yaranan dəb özünü vergilərin və məsariflərin minimallığı ilə doğruldur. Bu zaman biznes-portfel – tikinti materiallarının işlənib hazırlanmasından və istehsalından tutmuş daşınmaz əmlakın layihələşdirilməsi və tikintisinədək, axır qiymətin əmələ gəlməsinə lazımi və hiss ediləcək dəyər gətirən müxtəlif təşkilatları özündə birləşdirir.

Bu sahədə rəqabətin və qloballaşmanın sərtləşməsi şəraitində korporasiyaların və sahibkarların səviyyəsində məqsədyönlü idarəedilmənin labüdlüyünün dərkedilməsi artır. Bu - korporativ təhsilin standartlarını tətbiq etməyə, bütün səviyyələrdə xoldinqdə ola biləcək neqativ halları minimallaşdıraraq biznes-strategiyanın proseslərini və nəzarəti həyata keçirməyə imkan verən yeganə yoldur.

Səhmdarları və rəhbərləri maraqlandıran yekun məqsəd – “fundamental” və “tənqidi” mənbəyi insan resursları olan rəqabət üstünlükləri nəticəsində bazar kapitallaşmasının artımı və yeni yatırımların cəlb edilməsidir.

Belə yanaşmanın üstünlüyü yalnız daimi və yüksək maaşlı işçilərin korporativ mədəniyyətinin səviyyəsini artıran tədbirlərin məqsədyönlülüyünü əsaslandırmaq deyil, həm də insan resurslarının xidmətinin müvəqqəti və az maaşlı əməkdaşların iş yerlərini, onlarla işləməyin prinsiplərini təyin etməyə köməkliyin göstərilməsidir. Bu bir də ona görə vacibdir ki, bizim ölkənin tikinti biznesində bu kateqoriyadan olan işçilər haqsız olaraq diqqətdən kənarda qalır və bu da potensial istifadəçilər və ictimaiyyətin nəzərində kompaniyaların adına xələl gətirir. Amma iri xarici kompaniyalardan biri müvəqqəti azmaaşlı resursları uğurla tətbiq edir və bununla da işçilərin yüksək loyallığını və sosial yönümlü təşkilatın adını qoruyub saxlayır.

Evlərin, şəxsi və çoxmərtəbəli binaların tikintisi hazırda inkişaf edən sahədir. Bu gün memarlıq texnoloji proseslərin aparılmasını, həmçinin işin keyfiyyətinə və vaxtında təfil verilməsinə nəzarəti özündə cəmləşdirir. S.T.I.N.G kompaniyası tikinti işlərinin aparılmasında müştərilərə qanuni tələblərə riayət edilməsinə və lazımi şəraitin yaradılmasına zəmanət verir. Uzun illər ərzində yığılmış mütəxəssislərin böyük bazasına, həmçinin müttəfiq kompaniyalara güvənərək, biz müxtəlif dərəcədə çətin və böyük layihələri həyata keçirə bilirik.

Tikintiyə yanaşmamız bizim kompaniyanın peşəkar kollektivi, təcrübəli mütəxəssislər, mühəndislər, inşaatçılar, memarlar tərəfindən icra olunur. S.T.I.N.G ölkənin regionlarında işləri zəruri həcmdə yerinə yetirmək üçün imkan verən maddi-texniki bazaya malikdir. Hər bir layihə - böyük sayda peşəkarların birgə əməyinin məhsuludur. Tikinti üçün yalnız keyfiyyətli materiallar və müasir üsul və texnologiyalar istifadə olunur. S.T.I.N.G kоmpaniyası binaların tikintisi üçün lazım olan istehsal çeşidlərinin təqdimedilməsində ixtisaslaşır.

Müasir şəraitdə S.T.I.N.G kompaniyası personalın idarəolunmasının effektivliyinə aşağıdakı üsullarla nail olur:

kadrların düzgün seçilməsi ilə;
Personalın öyrədilməsi və peşəkar təkmilləşməsinin stimullaşdırılması; əməkdaşların mütəmadi təkmilləşdirilməsi və ixtisasartırılması;
dayanaqlı məşğulluqla təmin edilməsi;
Iş yerlərinin yüksək səviyyədə təşkil edilməsi;
Iş vaxtının səmərəli planlaşdırılması;
əməyin ödənilməsinin və onun qeyri-maddi həvəsləndirilmə üsullarının təkmilləşdirilməsi;
korporativ mədəniyyətin və rahat psixoloji mikroiqlimin formalaşdırılması;
sosial-iqtisadi proqramlar kompleksinin işlənməsi və reallaşdırılması.