Servislər

Memarlıq və dizayn

Memarlıq və dizayn – insanın mənəvi və əməli tələbatlarlna cavab verən binaların tikintisinə yönəlmiş prosesin idarəedilməsi və layihələşdirilməsi ilə bağlı fəaliyyətdir. Bizim fəaliyyətimiz konseptual planlaşdırmadan başlayaraq niyyətləri ideala çevirən genişmiqyaslı həyata keçirilənədək interyerin və dekorun dizaynının bütün tərəflərini əhatə edir.

image

Landşaft dizaynı

Landşaft dizaynı - təbii komponentlərdən fəal istifadə yolu ilə sahənin xarici görünüşünün abadlaşdırılmasına yönəlmiş xüsusi tədbirlərin və binagüzarlığın toplumudur. Landşaft dizaynı sizin bağınızı rahat, gözəl, ən başlıcası ilə - orijinal və təkraredilməz etməyə qadirdir.

image

Personalın idarəedilməsi - təchizat

Tikinti sənayesi – insan resurslarının qabaqcıl üsullarının tətbiqi baxımından ən qeyri-şəffaf olanıdır. “Holdinq tikintisi”nə yaranan dəb özünü vergilərin və məsariflərin minimallığı ilə doğruldur. Bu zaman biznes-portfel – tikinti materiallarının işlənib hazırlanmasından və istehsalından tutmuş daşınmaz əmlakın layihələşdirilməsi və tikintisinədək, axır qiymətin əmələ gəlməsinə lazımi və hiss ediləcək dəyər gətirən müxtəlif təşkilatları özündə birləşdirir.

image

Baş podratçı kimi əsaslı tikinti

Layihələşmə tikintidə başlanğıc və çox mühüm mərhələdir. Bu mərhələdə bizim lompaniyanın komandası sifarişçinin istəklərini öyrənməklə sahənin ya binanın funksional xüsusiyyətlərini, normativ sənədlərin tələblərini də yaddan çıxarmır. Bu mərhələdə müştərinin istəklərinə üstünlük verən qərarın tapılması çox vacibdir.

image

Konsaltinq

Bizim yüksək ixtisaslı məsləhətçilərimiz öz müştərilərinə biznesin aparılması məsələləri üzrə ekspertlərin tövsiyələrini və məsləhətlərini verməyə qadirdilər. Konsaltinq anlayışına təhliletmə, kompaniyanın perspektivlərini, sifarişçinin ehtiyatlarını öyrənmək, həmçinin sahənin nə dərəcədə əlverişli olması proqramı daxildir.

image

Texniki xidmətetmə və innovasiyalar

Texniki xidmət binanın texniki istismarı prosesində təmizlik, kökləmə, qaydaya salma, xarab olmuş elementlərin dəyişdirilməsi üzrə profilaktik işlərin aparılmasını, avadanlığın və mühəndis sistemlərinin işlək vəziyyətdə saxlanılmasını təmin edir. Bizim sistem göstərilən zaman kəsiyində (gündəlik, aylıq, üçaylıq və s.) işlərin plan üzrə aparılmasını nəzərdə tutur.

image

Prodjekt menecment

S.T.I.N.G kompaniyası tərəfindən sənayenin müxtəlif sahələrinə aid olan müəssisələr üçün bir çox layihələr həyata keçirilmişdir. Layihənin idarəedilməsinin autsorsinqə verilməsi maliyyə və zaman risklərini azaltmağa imkan verən ən optimal qərara çevrilir. Tikinti layihələrinin idarə edilməsi yüksək ixtisaslı mütəxəssislər komandası tərəfindən aparılır. S.T.I.N.G komandasına personalın və layihələrin idarəedilməsində böyük təcrübəyə malik olan menecerlər daxildir.

image

İnnovasiya texnologiyaları

İnnivasiya texnologiyaları – layihənin ardıcıllıqla yerinə yetirilməsi üçün təyin edilmiş müasir üsullar və vasitələrdir. Başqa sözlə desək, innovasiyalar tərəqqinin təkanverici qüvvəssidir. Onlarsız heç bir islahat yaxud təsərrüfat həlli ötüşə bilməz, çünki yeni ideyanın həyata keçməsi üçün unikal işləmə və şəkli dəyişdirilmiş avadanlıq lazımdır.

image

İmkanları məhdud olan insanlar üçün texnologiyalar

Obyektlərin tikintisi zamanı bizim komanda imkanları məhdud olan insanlara rahat şərait yaratmaq üçün münasib avadanlıqlar quraşdırmağa çalışırlar.

image